İsmayıllıda zəlzələ olub

Bu gün yerli vaxtla saat 08:00-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3, dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.

Bu barədə Yenicag.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Zəlzələ hiss olunmayıb.