!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsmayıllıdan olan şəhidin bu gün cənnətdəki ilk ad günü qeyd olunub - FOTOLAR / VİDEO

!Reklam – Yazi

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Osmanlı Teymur Saday oğlunun bu gün cənnətdəki ilk ad günü məzarı yanında anılıb.

Yenicag.az xəbər verir ki, mərasim mövcud pandemiya qaydalarına uyğun olaraq keçirilib.

Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəhbərliyi, şəhidin yaxınları, kənd sakinləri iştirak edib.

Çıxış edənlər şəhidin qısa və şərəfli ömür yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.

Qeyd edək ki, şəhidimiz Teymur yaşasaydı Teymuru 26 yaşı tamam olacaqdı.

Rayon rəhbəri daha sonra Cülyan kəndindən olan I Qarabağ müharibəsi şəhidi Bağırov Çingiz Kərəm oğlunun da məzarını ziyarət edib. Tədbir iştirakçıları tərəfindən şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Daha sonra tədbir çərçivəsində hər iki şəhidin adını daşıyan bulaq kompleksinin açılış mərasimi keçirilib.

Çıxış edənlər bulağın inşa edilməsində əziyyəti olan hər kəsə öz təşəkkürlərini bildiriblər. Tədbirdə Cülyan kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.

Şəhid Teymurun valideynləri övladı ilə fəxr etdiklərini söyləyib, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd ediblər ki, bu gün dövlət başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv