!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İspaniya çempionatında “Real” rekordu

!Reklam – Yazi

28952İspaniya Primerosunun 14-cu turu Madrid klubları üçün yaxşı başlayıb. Səfərdə “Elche”nin qonağı olan “Atletico” böyük güc sərf etmədən 3 xal qazanıb. Xose Ximenez (16`) və Mario Mandzukiç (53`) qollarına “Elche”dən cavab verən olmayıb.

Elche 0-2 Atletico

Turun gözlənilməz nəticələrindən biri “San Mames” stadionunda qeydə alınıb. Autsayder “Cordoba”nı qəbul edən “Athletic Bilbao” minimal hesabla məğlub olub. Nabil Gilazın 23-cü dəqiqədə vurduğu qol görüşün taleyini həll edib. Bu qələbə “Cordoba”nı 20-ci yerdən qurtarıb. Amma “Cordoba” da daxil olmaqla son üçlükdə qərarlaşan komandalar 10 xala malikdir.

Athletic 0-1 Cordoba

“Real Madrid” isə “Celta Vigo”ya qarşı oyunda müqavimətlə üzləşməyib. 36-cı dəqiqədə Kriştianu Ronaldonun cərimə meydançasında yıxılmasını referi penalti kimi dəyərləndirib. Bəyaz nöqtəyə yaxınlaşan zərərçəkən hesabı açıb. Fasilədən sonra azarkeşlər daha iki qol izləyib. Ronaldo 65 və 81-ci dəqiqələrdə fərqlənməklə het-trikini rəsmiləşdirib. Qarşılaşma bu hesabla da başa çatıb.

Real Madrid 3-0 Celta Vigo

Bununla da, Ronaldo bu mövsümdə vurduğu qolların sayını 23-ə çatdırıb. “Real” isə ardıcıl 18-ci görüşünü də qələbə ilə yekunlaşıdrmaqla “Barcelona”nın analoji uğurunu təkrarlayıb. Mütləq rekordçu olmaq üçün “kral klubu” növbəti turda “Almeria” səfərindən qalibiyyətlə qayıtmalıdır.

(bizimyol.info)

www.yenicag.az

556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv