İspaniya dünya çempionu oldu

İspaniya basketbol üzrə dünya çempionatının qalibi olub.

Yenicag.az xəbər verir ki, İspaniya millisi finalda Argentinanı 95-75 məğlub edərək, dünya kubokunu qazanıb.

Qeyd edək ki, bu, İspaniya yığmasının ikinci dünya çempionluğudur. İspanlar 2006-cı ildə də mundialda qalib olmuşdular./Axar.az/