İspaniyanın “Betis” klubu qapıçısı Klaudio Bravo ilə müqavilənin müddətini uzadıb.
Yenicag.az Sevilya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı qolkiper 2023/2024 mövsümündə də komandada çıxış edəcək.
Qeyd edək ki, Çili millisinin üzvü 2020-ci ildən “Betis”in uğurları üçün çalışır. O, daha əvvəl İspaniyada “Barselona” və İngiltərədə “Mançester Siti” kimi klubların da formasını geyinib.