İspaniya millisi çempion oldu

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol turnirinin finalı başa çatıb.

Yenicag.az xəbər verir ki, həlledici matçda Fransa və İspaniya yığmaları üz-üzə gəlib.

“Park des Princes” stadionunda keçirilən qarşılaşmada hesabı 11-ci dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Enzo Milhaud açıb. 18-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Fermin Lopes Martin fərqlənib və 7 dəqiqə sonra dubl edib. 28-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Aleks Baena cərimə zərbəsini mükəmməl yerinə yetirib. 79-cu dəqiqədə yarımmüdafiəçi Maqnes Akliuş Fransa millisində fərqi azaldıb. 90+3-cü dəqiqədə fransalı hücumçu Jan-Filip Mateta penaltidən hesabı bərabərləşdirib – 3:3.

İspaniya millisinə qələbəni 100-cü və 120+1-ci dəqiqələrdə fərqlənən hücumçu Serxio Kamello gətirib – 5:3./Qafqazinfo/

COP29