!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İspaniya sərhədlərində tikanlı məftilləri yığışdırır

!Reklam – Yazi

İspaniya Krallığının hakimiyyət orqanları Şimali Afrika yarımanklavlarının sərhədlərindən tikanlı məftilləri yığışdırmaq qərarına gəliblər. Hakimiyyət orqanları bu addımı qeyri-leqal miqrantların yaralanmaması üçün atmaq qərarına gəliblər. 

Yenicag.az xəbər verir ki, Melilya və Seuta şəhərlərinin sərhəd çəpərləri ilin sonunadək yenidən qurulacaq.

Hakimiyyət orqanları belə qərara gəliblər ki, tikanlı məftillər sərhədi pozanların qarşısını ala bilmir, lakin onlara ciddi xəsarət yetirir. Odur ki, xüsusilə yetkinlik yaşına çatmayanları müdafiə etmək üçün onları yığışdırmaq qərara alınıb.

Altımetrlik sərhəd çəpəri hər biri 3 metr hündürlüyündə olan üç seksiyadan ibarət yeni çəpərlə əvəzlənəcək. Sərhəd zonasında əlavə videokameralar da quraşdırılacaq. Yenidənqurma işlərinə ümumən 32,1 milyon avro xərclənəcək. Hökumət ümid bəsləyir ki, xərclərin 25 faizini Aİ ödəyəcək.

Qeyd edək ki, Melilya və Seuta sərhədləri müntəzəm olaraq SubSaxara regionundan miqrantların hücumuna məruz qalır. Altımetrlik sərhəd çəpərindən onlarca və yüzlərcə insan keçməyə çalışır. İspaniya sərhədini keçməyə nail olanlar qaçqınları qəbul mərkəzinə yollanırlar. Onların heç birini geri qaytarmırlar. İspaniya Mülki Qvardiyasının fikrincə, miqrantların sərhədlərə həmləsini mütəşəkkil cinayətkar qrup idarə edir./AZƏRTAC/

www.yenicag.az

794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv