İspaniya Superkuboku növbəti mövsümdən Səudiyyə Ərəbistanında keçirilə bilər.
Yenicag.az xəbər verir ki, İspaniya Futbol Federasiyası bununla bağlı ərəblərlə danışıq aparır. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Federasiyanın oyunların 6 mövsüm Səudiyyə Ərəbistanında keçirilməsini təklif etdiyi bildirilir.
Müqavilənin məbləği bir mövsüm üçün 30 milyon avro nəzərdə tutulub. Bu isə federasiyanın 6 ilə 180 milyon avro qazanacağı deməkdir.
Qeyd edək ki, İspaniya superkuboku ötən il Mərakeşdə keçirilib.