İspaniya Xorvatiyanı biabır etdi

Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə 7 qarşılaşma keçirilib.

Son dünya çempionatındakı uğurlu çıxışı ilə rəğbət qazanan Xorvatiya millisi İspaniyanın qonağı olub. İspanlar darmadağınla qələbə qazanıblar.

İslandiya – Belçika qarşılaşması da yetərincə maraq doğuran oyunlardan biri idi. Bu görüşdə də belçikalılar inamlı qələbə qazanıblar.

Millətlər Liqası
11 sentyabr

A Liqası

2-ci qrup

İslandiya – Belçika 0:3
Qol: Azar, 29-pen. Lukaku, 31; 81.

4-cü qrup

İspaniya – Xorvatiya 6:0
Qol: Saul, 24. Asensio, 33. Kaliniç, 35-öz qapısına. Rodriqo, 50. Ramos, 57. İsko, 70.

B Liqası

3-cü qrup

Bosniya və Hersoqovina – Avstriya 1:0
Qol: Dzeko, 78.

C Liqası

2-ci qrup

Finlandiya – Estoniya 1:0
Qol: Pukki, 12.

Macarıstan – Yunanıstan 2:1
Qol: Sallai, 21. Klaynhaysler, 43 – Manolas, 18.

D Liqası

2-ci qrup

Moldova – Belarus 0:0

San Marino – Lüksemburq 0:3
Qol: Şanot, 9. Yoahim, 45. Sinani, 52.