İspaniyada ənənəvi lotereya oyununun qalibi on ilə yaxın müddət bundan əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.
Yenicag.az-ın məlumatına görə, yeniyetmə ona külli miqdarda pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl 20 avroya alıb. “Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilər yeni mobil telefon alım və ya pulu kiçik mənzilə qoyum”, – deyə yeniyetmə etiraf edib.
Qeyd edək ki, hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Hər biletdə 5 ədədli nömrə yazılır. Qalib gələnlər mükafat fondunun öz aralarında bölüşdürür.