İspaniyada son bir neçə gün ərzində anomal istilər səbəbindən 4 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, El-Kuervoda 66 yaşlı kişi, Kordovada 17 yaşlı gənc, Valyadoliddə 93 yaşlı kişi və La-Rioxada 90 yaşlı qadın günvurmadan ölüblər.
Qeyd edək ki, İspaniyada anomal istilər ötən həftə başlayıb. Bəzi yerlərdə havanın temperaturu 43 dərəcə istiyə qədər çatıb.