İspaniyada ən qədim avropalının üzünün bir hissəsi tapıldı – FOTO 

İspaniyada ən qədim avropalının üzünün bir hissəsi tapılıb. 

Alimlər İspaniyada yerləşən Syerra-de-Atapuerka dağlarında ən qədim avropalının üzünün bir parçasını aşkarlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Fundacion Atapuerca” məlumat yayıb.

“Üzünün bir parçası aşkar edilmiş insanın təxminən 1,4 milyon yaşı var”, – məlumatda deyilir.

Sümüyün çənə nahiyəsinə aid olduğu güman edilir. Alimlər sümüyün Avropada məskunlaşmış ilk insan qruplarından birinin üzvünə aid olduğunu güman edirlər.