İspaniyada güclü yanğın – 80 qayıq külə döndü

İspaniyanın Marbella şəhərindəki limanda güclü yanğın baş verib. 

Yenicag.az xəbər verir ki, yanğında 80-ə yaxın qayıq yanaraq kül olub.

Yanğın texniki-təmir müəssisəsində axşam saatlarında qeydə alınıb. Limanın girişi mühasirəyə alındıqdan sonra alov 2 saat ərzində söndürülüb.

Yanğının səbəbi hələlik məlum deyil./Unikal/