İspaniyada helikopter qəzası – Ölənlər var

İspaniyanın cənubundakı Andalusiya əyalətində helikopter qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub.

Helikopter Pedrera qəsəbəsi yaxınlığında boş sahəyə düşüb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.