İspaniyada koronavirus DƏHŞƏTİ – Ölənlərin sayı 19 mini ötdü

İspaniyada yeni növ koronavirusdan ölənlərin sayı 19 130 nəfərə çatıb.

Yenicag.az “worldometers”ə istinadən xəbər verir ki, bu ölkədə son sutka ərzində 2 157 yeni yoluxma aşkarlanıb, 318 nəfər isə COVİD-19-un qurbanı olub.

İspaniyada ümumilikdə pandemiyaya yoluxanların sayı 182 816-ya çatıb, 74 797 nəfər isə sağalıb.

Qeyd edək ki, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 097 101-i ötüb. Bunların 523 365 nəfəri sağalıb, 135 662 nəfəri isə ölüb.