İspaniyanın Balear adalarında yerləşən Palma şəhərində polis avtomobili 3 piyadanı vurub.
Yenicag.az xəbər verir ki, bu barədə “Diario de Mallorca” qəzeti yazıb.
Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Yol-nəqliyyat hadisəsinin səbəbləri dəqiqləşdirilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.