İspaniyada qatarlar toqquşdu: ölən və yaralılar var

İspaniyada iki şəhərətrafı dəmir yolu ilə hərəkət edən qatar toqquşub.

Yenicag.az xəbər verir ki, toqquşma dəmir yolunun San-Visente-de-Kastelyet və Monresoy (Barselona əyaləti) stansiyaları arasında baş verib.

Məlumata əsasən, toqquşma nəticəsində 1 nəfər həlak olub, 8 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, hadisə yerində təcili yardım xidməti, yanğınsöndürənlər və hüquq-mühafizə orqanları çalışır./Trend/