İspaniyada təyyarə qəzası: Ölənlər var

İspaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tarraqona əyalətində baş verib. Bu barədə Kataloniyanın Mülki Müdafiə Baş İdarəsi məlumat yayıb.

Qəza nəticəsində 3 nəfər həlak olub. Hadisə yerinə yanğınsöndürmə bölmələri və həkimlər cəlb edilib. Lakin onlar təyyarədəki insanların həyatını xilas edə bilməyiblər.

Ölənlərin milliyyəti müəyyən edilməyib.