!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İspaniyadakı səfirliyimizin “Marca”nın “Qarabağ” haqqında yazdığından xəbəri yox imiş 

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, İspaniyanın “Marca” nəşri seperatçı bölgələri təmsil edən futbol komandaları haqqında hazırladığı yazıda “Qarabağ”ın da adını qeyd edib.

Yenicag.az-ın məlumatına görə, məşhur nəşrdə Ağdam klubunu Qondarma Dağlıq Qarabağ Respublikasının təmsilçisi kimi təqdim edilərək, “Hazırda Moldova və Azərbaycan öz müstəqilliklərini birtərəfli elan etmiş ərazilərə qarşı mübarizə aparır. Moldova Dnestryanı, Azərbaycan isə Dağlıq Qarabağı özünə tabe etməyə çalışır. Maraqlıdır ki, bu bölgələri təmsil edən “Şerif” tabe olmadığı Moldova, “Qarabağ” da tabe olmadığı Azərbaycan çempionatlarında mübarizə aparırlar. Hər ikisi son ilin çempionlarıdır” yazılıb.

Bəs, görəsən, Azərbaycanın İspaniyadakı səfirliyinin məsələdən xəbəri varmı? Məsələyə aydınlıq gətirmək üçün səfirliklə əlaqə saxladıq. Lakin, səfirliyinin nümayəndəsi əməkdaşımızla telefon danışığı zamanı mövcud durumdan xəbərsiz olduğunu bildirdi. Səfirlik əməkdaşı yalnız məsələni araşdırdıqdan sonra fikir bildirə biləcəyini söylədi.
Daha sonra səfirliklə yenidən əlaqə saxlamağa çalışsaq da, qarşı tərəfdən “alo” deyən olmadı.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv