İspaniya artıq Ukraynaya silahla birlikdə on təyyarə göndərib.
Yenicag.az xəbər verir ki, bu barədə krallığın müdafiə naziri Marqarita Robles məlumat verib.
Onun sözlərinə görə, bu təyyarələr Ukrayna ilə həmsərhəd bir ölkəyə enir, sonra yüklər boşaldılır və Ukrayna hərbçilərinə verilir.
Europa Press-in verdiyi məlumatlara görə, son bir ayda yeddisi hücum silahları ilə, üçü isə müdafiə və humanitar yüklərlə ümumilikdə on reys göndərilib.
Robles bu çatdırılmaların Ukraynanın ehtiyacları əsasında davam etdiriləcəyini vurğulayıb. Belə ki, Ukraynaya son reysdə yaralıları Mariupol şəhərindən təxliyə etmək üçün zirehli təcili yardım maşını gətirilib.
Xatırladaq ki, bu ərəfədə Britaniyanın Ukraynaya “daha ölümcül” silahlar ötürməyi planlaşdırdığı da qeyd olunub.