İspaniyalı mütəxəssis: “Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır” – VİDEO

 

“Mən Bakıya Qərbi azərbaycanlıların vətənlərinə geri dönmə hüququ ilə bağlı ikinci konfransda iştirak etmək üçün gəlmişəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Madrid Universitetin hüquq professoru Karlos Sançes deyib.

Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransda iştirak edən mütəxəssisin sözlərinə görə, konfrans bir neçə paneldən ibarətdir:

“Birinci panel hüquqi məsələlərə həsr olunub, ikinci paneldə isə mən də bir çıxış edəcəyəm. Müxtəlif ölkələrdən olan modellər və təcrübələrdən danışacağam, bu təcrübələr həm də bölgə üçün nümunə ola bilər. Mənim məqsədim sülh üçün uzunmüddətli perspektivləri müzakirə etməkdir və bu baxımdan Ermənistanın vəziyyəti nəzərə alması çox vacibdir”.

“İndi 2024-cü ildəyik, Azərbaycan müharibəni qazanıb və indi gələcəyə fokuslanmaq vaxtıdır. Artıq qarşılıqlı başa düşmək üçün zaman gəlib. Bunun baş verməsi üçün Ermənistanın praktik yanaşması olmalıdır, baxmayaraq ki, əvvəlki münaqişələri unutmaq onlara çətin ola bilər. Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyır. İndi birlikdə işləmək, birgə layihələr üzərində əməkdaşlıq etmək vaxtıdır və bu, Cənubi Qafqaz regionunda uzunmüddətli sabitlik və rifah əldə etməyə yönəlməlidir”.

Ətraflı videomaterialda:

Məsimə Məmmədova

Samir Məcidov