Reklam

Reklam

Türkiyənin İsparta şəhərində I Kitab fuarı keçirilməkdədir. 3 martda başlayan və 12-ə qədər davam edəcək fuarda Ayşə Kulin, İlker Başbuğ, Nihat Hatipoğlu, Engin Alan, Ataol Bəhramoğlu, Hanefi Avcı kimi tanınmış yazarlar imza günü keçiriblər.

Azərbaycanda bu fuara araşdırmaçı yazar, “Terrorun Gülən üzü” və   “Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitablarının yazarı, Yeniçağ.Az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər qatılıb.

Türkiyənin məşhur yayın evi olan “Kirmızı Kedi” tərəfindən yayımlanan “Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitabı ilə ötən ilin sonlarında qardaş ölkədə ciddi rezonans doğuran yazar bu gün ispartalı oxucuları ilə görüşüb. 

Aqil Ələsgərin imza törəninə İsparta bələdiyyə başqanı Yusif Ziya Günaydın, bələdiyyə üzvləri, Süleyman Dəmirəl Universitetinin rəhbərliyi, müəllim və tələbələri, xüsusilə İspartada təhsil alan azərbaycanlılar qatılaraq, yazara dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, ispartalı oxucularının istəyi ilə imza günü keçirən Aqil Ələsgərə şəhərin ən böyük sosial şəbəkələrindən olan Facebookdakı “İspartam” səhifəsi də dəstək verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 89
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."