!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail ABŞ-ın Suriya aviabazasına zərbə endirmək qərarını dəstəkləyir

!Reklam – Yazi

İsrail ABŞ prezidenti Donald Trampın Suriya aviabazasına zərbə endirmək qərarını tam dəstəkləyir.

Yeniçağ.Az  TASS-a istinadən xəbər verir ki, belə bəyanatla İsrail baş naziri Binyamin Netanyahu çıxış edib.
“İsrail ABŞ prezidentinin qərarını tam dəstəkləyir. Həm sözləri, həm də əməlləri ilə o, kimyəvi silahların istifadəsinə və yayılmasına göz yummayacağını aydın şəkildə göstərib”, – İsrailin baş naziri rəsmi “Twitter” səhifəsində yazıb.

B.Netanyahunun sözlərinə görə, İsrail Bəşşar Əsəd rejiminin dəhşətli hərəkətlərinə qarşı bu qətiyyətli addımın təkcə Dəməşqə yox, həm də Tehrana, Pxenyana və başqa yerlərə təsir edəcəyinə ümid edir.

 

Yeniçağ.Az

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv