HƏMAS-ın hərbi lideri Məhəmməd Deifin hava hücumu nəticəsində öldürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Müdafiə Qüvvələrinin yaydığı açıqlamada, HƏMAS-ın hərbi lideri Məhəmməd Deifin iyulun 13-də həyata keçirilən hava hücumunda öldürüldüyü bildirilib. İsrail ordusu bildirib ki, onun müdafiə qurumu son iki həftə ərzində hava hücumunun Deifin öldürüldüyünə əmindir. Bununla belə, İsrail tərəfi yalnız son saatlarda Deifin ölümünü qəti şəkildə təsdiqləyən əlavə kəşfiyyat məlumatı əldə etdiklərini açıqlayıb.
Qeyd edək ki, 7 oktyabr hücumlarının planlaşdıran HƏMAS-ın hərbi lideri kimi adı çəkilən Deif Qəzza tunellərinin memarı kimi tanınırdı.
Xatırladaq ki, ötən gün HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də Tehranda qətlə yetirilib.
İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə səfəri zamanı Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümündən sonra geniş əks-səda doğuran növbəti məlumat İsraildən gəlib.
HƏMAS-ın yaydığı açıqlamada isə Deifin sağ olduğu bildirilib.
Nəsimi Ələsgərli