!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İsrail-Azərbaycan münasibəti deyiləndə ilk ağıla gələn silahdır" - Hərbi ekspert

!Reklam – Yazi

Sabah İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlərin müzakirə olunacağı gözlənilir.

İsrailin müdafiə nazirinin Bakı səfəri və İsral-Azərbaycan arasındakı hərbi əməkdaşlıqla bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a danışıb:

“İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İsraillə Azərbaycan arasında təkcə hərbi yox, tibb, təhsil və digər sahələrdə də əməkdaşlıq mövcuddur.

Azərbaycan təbii olaraq Rusiyadan almadığı və digər dövlətlərdə olmayan silahları İsraildən alır. Bu silahlar Azərbaycan ordusunun silahlanmasına daxil olur. 2016-cı ilin aprel döyüşləri zamanı İsraildən alınan silahlar çox uğurla döyüş sınağından keçirildi. Silahların alınmasından başqa kadr hazırlığı, müasir texnologiyanın tətbiqi ilə həmin silahların Azərbaycanda istehsalı da həyata keçirilir.

Azərbaycan müsəlman ölkəsi olsa da, İsrail rəsmi Bakıyla yaxın münasibət qurur. Ərəb ölkələri ilə əhatə olunan İsrailin onlarla heç bir münasibəti yoxdur. Türkiyə ilə İsrail münasibətlərində tarixi bağların olmasına baxmayaraq, son vaxtlar soyuqluğun müşahidə olunması təəssüf doğurur. Qafqazda Gürcüstan və Azərbaycanla rəsmi Tel Avivin yaxşı münasibətləri var. Nə qədər təəccüblü olsa da, İsraillə münasibətlərimiz bizim Qərblə olan münasibətlərimiz kimi Rusiyaya qıcıq yaratmır. İran Azərbaycan-İsrail münasibətlərinə qısqanclıqla yanaşsa da, ancaq bu, Azərbaycan tərəfindən başqa yollarla kompensasiya edilir. İşğala məruz qalan bir ölkə kimi silah almaq, ordumuzu müasir silahlarla təmin etmək borcumuzdur”.

İsrail dövlətinin Qafqazdakı maraqlarına gəldikdə isə, hərbi ekspert bildirib ki, Cənubi Qafqaz Rusiya və Qərb kimi İsrailin də maraq dairəsindədir:

“israil dövləti Azərbaycan SSRİ-nin təribində olduqda belə, 20 yanvar faciəsi zamanı kəskin münasibət bildirmişdi. İsrail kimi dövlətlə münasibətləri daim inkişaf etdirmək lazımdır. Düzdür, İsrail-Azərbaycan münasibəti deyiləndə ilk ağıla gələn silahdır, ancaq bizim İsraillə digər sahələrdə də çox yaxşı əməkdaşlıqlarımız mövcuddur”.

Qeyd edək ki, İsrailin müdafiə naziri Aviqdor Liberman öncə Gürcüstana, sonra isə Azərbaycana səfər edəcək.

Səxavət Məmməd

www.yenicag.az

2462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv