!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"İsrail-Azərbaycan strateji tərədaşlığı hər zaman davam edəcək" - Arye Qut

!Reklam – Yazi

“İsraildə azərbaycanlılar, Azərbaycanda da yəhudilər analoqu olmayan şəraitdə yaşayırlar”.

Bu fikirləri İsrail-Azərbaycan münasibətləri fonunda İranın rəsmi Bakını hədəf alan davranışlarının səbəblərindən danışarkən beynəlxalq münaqişələr üzrə tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut Yenicag.az-a açıqlamasında səsləndirib.

Arye Qut qeyd edib ki, bütün provokasiyalara rəğmən, İsrail-Azərbaycan strateji tərədaşlığı hər zaman davam edəcək:

“Son zamanlar, xüsusilə son iki həftə ərzində İran dövlətinin Azərbaycana qarşı apardığı psixoloji müharibə çərçivəsində onu gördük ki, İran Azərbaycan qanunlarını pozaraq Ermənistan adlanan dövlətə və Qarabağda yaşayan ermənilərə qanunsuz şəkildə benzin daşıyır.

Daha sonra İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə başladı. Sual yaranır ki, bu torpaqlar erməni işğalı altında olduğu 28 il ərzində İran niyə orada hərbi təlim keçirmirdi?

İsraillə Azərbaycan 30 il ərzində strateji tərəfdaşlıq qurub. Bu illər ərzində qarşılıqlı dəstək ifadə edilib. Əlaqələrimiz çox yüksəkdir. İsraildə azərbaycanlılar, Azərbaycanda da yəhudilər analoqu olmayan şəraitdə yaşayırlar. Bu onu göstərir ki, bizim əlaqələrimiz güclüdür və güclü qalacaq. Bütün provokasiyalara baxmayaraq, İsrail-Azərbaycan strateji tərədaşlığı hər zaman davam edəcək”.

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv