İsrail Baş naziri Rusiyaya səfər edəcək

İsrailin baş naziri Binyamin Netanyahu gələn həftə Rusiyaya səfər edə bilər.

Yenicag.az xəbər verir ki, bunu B.Netanyahu İsrail kökümətinin həftəlik iclasında çıxışı zamanı deyib.

İrailin baş naziri bildirib: “Gələn həftə ərzində mən prezident Putin ilə hərbçilər arasında koordinasiyanın davam etdirilməsini müzakirə etmək üçün Rusiyaya yollana bilərəm”.

Sentyabrın 5-i Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, B.Netanyahu yəqin ki, Soçiyə səfər edəcək./Trend/

COP29