İsrailin dron hücumu nəticəsində Livanın paytaxtı Beyrutda HƏMAS-ın yüksəksəviyyəli nümayəndələri olmaqla yeddi üzvü ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə HƏMAS teleqramda bildirib.
Siyasi büro sədrinin müavini Saleh əl-Arurinin ölümünü etiraf edən Fələstin təşkilatı insidentdə ümumilikdə yeddi nümayəndəsinin həlak olduğunu açıqlayıb.
Onların arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.
Xatırladaq ki, daha öncə Livan mətbuatında ölkənin paytaxtının şəhərətrafına dron hücumuna dair məlumat yayılmışdı./Report/