İsrail BMT baş katibinin ölkəyə girişini qadağan etdi – SƏBƏB

İsrail BMT-nin baş katibi Antonio Quterreşi “persona non-qrata” elan edib və ölkəyə girişini qadağan edib.

Yenicag.az xəbər verir ki, İsrailin bu qərarı Quterreşin İranın dünənki raket hücumunu “birmənalı şəkildə pisləmədiyi” əsas gətirərək verdiyi bildirilib.

BMT-nin baş katibi Quterreş Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyib və dərhal atəşkəsə çağırıb.

Quterreş yazılı açıqlamasında “Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyirəm. Buna indi son qoyulmalıdır. Təcili atəşkəs lazımdır” deyib.

Nəsimi Ələsgərli

COP29