İsrail BMT-nin İnsan Haqları Şurasından çıxmaq istəyir

İsrail hakimiyyəti ölkəni BMT-nin İnsan Haqları Şurasından çıxarmaq qərarına gəlib.

Yenicag.az-ın məlumatına görə, bu barədə İsrail xarici işlər naziri Qideon Saar bildirib.

“BMT-nin İnsan Haqları Şurası ənənəvi olaraq insan hüquqları pozucularını onlara yönələn nəzarətdən yayınmağa imkan verməklə onları qoruyub”, – deyə nazir bildirib.

QSaarın sözlərinə görə, BMT-nin İnsan Haqları Şurası İsrailə qarşı hücumlara və antisemitizmin yayılmasına yönəlib./Trend/