!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail BMT-nin qətnaməsini dəstəkləyən ölkələrlə əlaqələrini məhdudlaşdırdı

!Reklam – Yazi

israilİsrail BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləyən ölkələrlə əlaqələrini məhdudlaşdırdı.

Yeniçağ.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, İsrail ötən həftə BMT Təhlükəsizlik Şurasının yəhudi yaşayış məntəqələri əleyhinə olan qətnaməyə səs verən dövlətlərlə əlaqələrini müvəqqəti olaraq məhdudlaşdırdı.

Bu barədə İsrail xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Emmanuel Naxşon məlumat verib.

Naxşon deyib: “Biz müvəqqəti olaraq əlaqələri məhdudlaşdırırıq. İsrail əleyhinə səs verən ölkələrin səfirlikləri ilə işlər məhdudlaşdırılacaq.

Bundan başqa, bu ölkələrin yüksək çinli məmurlarının İsrailə səfərlərinə də məhdudiyyətlər qoyulacaq”.

Qeyd edək ki, qətnaməyə əsasən, İsrailin Fələstin və Şərqi Qüds ərazisində yaşayış məntəqələri salması qadağan edilir.

Yeniçağ.Az

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv