İsrail bu ölkənin prezidentini arzuolunmaz şəxs elan etdi

İsrail Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanı “persona non-qrata” elan edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Braziliya prezidentinin İsraili Qəzzada soyqırım törətməkdə ittiham etdiyi bəyanatıdır. Braziliya prezidenti İsrailin etdiklərini Adolf Hitler və Holokostun hərəkətləri ilə müqayisə edib.

İsrailin xarici işlər naziri İsrael Katz Braziliya səfirinə etiraz notası verdikdən sonra belə bir bəyanatla çıxış edib: “Biz unutmayacağıq və bağışlamayacağıq. Bu, ciddi antisemit hücumdur. Öz adımdan və İsrail vətəndaşları adından prezident Lulaya deyin ki, o, sözlərindən geri çəkilənə qədər İsraildə arzuolunmaz şəxsdir”./unikal

COP29