İsrail “Əl-Cəzirə”ni bağlamaq istəyir

İsrail hökuməti Qətərin “Əl-Cəzirə” telekanalının yerli ofislərində işin dayandırılmasına çalışacaq.

Yenicag.az The Times of Israel-ə istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar zamanı xarici medianın müvəqqəti bağlanmasına icazə verən müddəalar təsdiqlənib.

Təşəbbüs İsrailin rabitə naziri Şlomo Karhidən gəlib.

Onun sözlərinə görə, “Əl-Cəzirə” telekanal HƏMAS hərəkatına və digər təşkilatlara təbliğatlarında kömək və İsrailə qarşı zorakılığı təşviq edir.