“İsrail əleyhinə keçirilən mitinqlər Azərbaycan müxalifətinin aksiyalarına oxşayır” – Zərdüşt Əlizadə
“Yeni hərbi əməliyyatların təxminən nə qədər davam edəcəyini söyləmək çətindir”.
Bu fikirləri İsrail-Fələstin hərbi qarşıdurmasının perspektivini və antiİsrail aksiyalarının intensivləşməsini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.
Zərdüşt Əlizadənin sözlərinə görə, müxtəlif ölkələrdə İsrail əleyhinə keçirilən mitinqlərin heç bir əhəmiyyəti yoxdur:
“ABŞ prezidenti Co Baydenin İsrailə səfərindən sonra o ölkənin ordusu Qəzzaya girəcək, oranı darmadağın edəcək. Ağır döyüşlərin baş verəcəyi gözlənilir. O döyüşlərin təxminən nə qədər davam edəcəyini söyləmək çətindir.
Nəticə baxımından, İsrail ordusunun qalib gələcəyi şübhəsizdir. Çünki qüvvələr nisbəti dəfələrlə onun xeyrinədir. Sonra Qəzzanın müqəddəratını Mahmud Abbas və ya başqa biri ilə müəyyən edəcəklər.
İşğal olunmuş Qəzzanı 2005-ci ilə qədər İsrail idarə edirdi. Bu sistemin yenidən bərpa olma ehtimalı var. İsrail əlyehinə keçirilən mitinqlərin vəziyyətə heç bir təsiri olmayacaq. O mitinqlər Azərbaycan müxalifətinin aksiyalarına oxşayır. Əsas odur ki, böyük güclər İsraili müdafiə edir”.
Səxavət Məmməd