İsrail ərazisinə raket atıldı

Qəzza zolağında İsrail ərazisinə raket buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Eşkol regional şurasında hava həyəcanı sirenalarının işə düşməsindən sonra Qəzza zolağında İsrail ərazisinə raketin buraxılması müəyyən edilib”.

İsrailin “Kan” dövlət radiosunun məlumatına əsasən, raket yaşayışın olmadığı əraziyə düşüb. İnsident nəticəsində xəsarət alan olmayıb./Trend/