Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İsrail Əsəd ordusunu yenə bombaladı

106801_res_01Bu gün İsrail ordusu Suriyanın Colan təpələri ərazisini yenidən raket atəşinə tutub.

Yenicag.az report-a istinadən xəbər verir ki, raket atəşləri nəticəsində 5 mülki sakin həyatını itirib.

İsrail tərəfi isə ölənlərin Fələstin silahlıları olduğunu iddia edib.

Qeyd edək ki, İsrailin Hərbi Hava Qüvvələri Suriya ərazisinə və Bəşər Əsədə bağlı ordunun mövqelərinə bundan əvvəl də aviazərbələr endirib. Hava zərbələrinə xüsusilə paytaxt Dəməşqin 40 km-də yerləşən Kumeytra yaşayış məntəqəsi ərazisində yerləşən infrastruktur obyektləri məruz qalıb. Ötən gün Suriya ərazisindən İsrailə 14 raket atılıb. Raketlərdən ikisi Qaliley yaşayış məntəqəsi yaxınlığına, digər ikisi isə Colan təpələri ərazisinə düşüb.

www.yenicag.az

90