İsrail Müdafiə Nazirliyi ABŞ-dan üçüncü eskadrilyanı təşkil edəcək 25 ədəd F-35 qırıcı təyyarəsinin alınması prosesinə rəsmən başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail ABŞ-dakı F-35 Birgə Proqram Ofisinə təyyarələrin alınması ilə bağlı rəsmi sorğu göndərib. Bundan sonra təchizat müqaviləsi imzalanmalıdır. Sövdələşmənin yaxın aylarda tamamlanacağı gözlənilir.
İsrail Müdafiə Qüvvələrinə təyyarələrin yeni partiyasının tədarükü 2027-ci ildə başlayacaq və üç ildə yekunlaşacaq.
Bununla da İsrail Hərbi Hava Qüvvələrində F-35 qırıcı təyyarələrinin sayının 75-ə çatacağı gözlənilir./Azertag/