İsrail Livanın Nəbatiyyə şəhərini raket atəşinə tutub.
Yenicag.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Livanın Xarici İşlər Nazirliyi İsrailin bu hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət təqdim edib.
Qeyd edək ki, İsrail Nəbatiyyə bölgəsinə 11 hava hücumu təşkil edib.
Bu hücumlarda ən azı 5 nəfər həlak olub. Ölənlərdən biri də Nəbatiyyənin meri Əhməd Kaheeldir.