İsrail HƏMAS-a bir həftə vaxt VERDİ

İsrail HƏMAS hərəkatına atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib.

Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, İsrail əks halda Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyata başlayacaq.

Qeyd edək ki, HƏMAS hərəkatı Qəzza sektorunda atəşkəs və girovlar barədə İsrailin Misirlə birgə hazırladığı saziş layihəsini nəzərdən keçirir. Hərəkatın Livandakı nümayəndəsi Əhməd Əbdül Hadi Əl-Mayaden telekanalına müsahibəsində HƏMAS-ın razılaşma ilə bağlı təklifləri ciddi şəkildə nəzərdən keçirdiyini, lakin nəticə çıxarmaq üçün erkən olduğunu deyib.

Xatırladaq ki, hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Misir kəşfiyyatının rəhbəri Abbas Kamel ilə telefon danışığında HƏMAS nümayəndə heyətinin Fələstin xalqının tələblərinə cavab verən və təcavüzü dayandıracaq razılaşma ilə bağlı danışıqları davam etdirmək üçün yaxın vaxtlarda Misirə səfər edəcəyini təsdiqləyib.