İsrail HƏMAS-ın döyüş qabiliyyətini zədələyib, lakin onu məhv etmək fikrindən uzaqdır”.
Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” yazır. ABŞ kəşfiyyatı Konqresə bildirib ki, İsrail HƏMAS-ın döyüş qabiliyyətini zədələyib, lakin onu məhv etmək fikrindən uzaqdır.
Qeyd olunur ki, Bayden administrasiyası İsrailin təşkilatın məhvi ilə bağlı hədəfinin reallaşmasına şübhə ilə yanaşır.
İsrail hökuməti HƏMAS-ın üçdə ikisinin məhv edildiyini bildirir.
Amerika rəsmiləri onların hesablamalarının daha aşağı olduğunu və yaraqlıların yalnız üçdə birinin öldürüldüyünü deyir.
Fevralın 5-də İsrailin baş naziri Netanyahu bildirib ki, HƏMAS batalyonlarının 75%-i məhv edilib və İsrailə “qələbəyə illər deyil, bir neçə ay qalıb”.
Xuraman Etibarlı