HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın cəsədi Qəzza zolağında saxlanılan israilli girovlarla dəyişdirilə bilər.
Yenicag.az xəbər verir ki, bu barədə CNN iki israilli mənbəyə istinadən məlumat yayıb.
Hazırda HƏMAS-ın 100-ə yaxın adamı əsir saxladığı bildirilir.
CNN-in mənbəsi bildirib ki, onlar HƏMAS liderinin qalıqlarının israillilərlə dəyişdirilməsinin əleyhinə olmayacaqlar.