İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin radikal HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin üç oğlunu hava hücumu nəticəsində öldürüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“Həmas lideri İsmayıl Haniyənin üç oğlu və üç nəvəsi İsrailin Qəzza zolağına endirdiyi hava hücumu nəticəsində həlak olub”, – telekanalın açıqlamasında deyilir.
Hücumun Qəzza şəhərinin şimal-qərbindəki Şati qaçqın düşərgəsində baş verdiyi bildirilir./Oxu.az/