İsrail HƏMAS mövqelərinə zərbələr endirib

İsrail ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: “İsrail Müdafiə Ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb”.

Qeyd edilir ki, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulması və nəticədə 7 nəfərin xəsarət almasına cavab olaraq həyata keçirilir./Trend/