Livanda əməliyyat keçirən İsrail xüsusi təyinatlıları Hizbullahla əlaqədə şübhəli bilinən İmad Amhaz adlı şəxsi saxlayıb.
Yenicag.az xəbər verir ki, məlumatı Livan mediası yayıb.
Qeyd olunub ki, əməliyyat Batrun şəhərində, güclü mühafizə olunan ərazidə baş verib.
Qeyd edək ki, daha əvvəl İ.Amhazın Hizbullahda yüksək vəzifə tutduğu və hərbi strukturlarla əlaqəsi olduğu bildirilirdi. Lakin sonradan məlum olub ki, o, əslində kommersiya gəmilərində çalışan kapitan imiş. Buna baxmayaraq, yerli mənbələr onun silah qaçaqmalçılığında iştirak edə biləcəyini və silahların dəniz yolu ilə Hizbullaha çatdırıldığını iddia edir. Məhz bu, onun qaçırılmasının səbəbi ola bilər.