İsrail iki ölkədən səfirlərini geri çağırır

israelİsrail hökuməti iki ölkədəki səfirlərini geri çağırmaq qərarına gəlib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxasanın məlumatında bildirilir.

“Baş nazir İsrailin Seneqal və Yeni Zelandiyadakı səfirlərini təcili olaraq geri çağırır”, – deyə sənəddə bildirilir.

Bununla yanaşı İsrailin xarici işlər nazirliyini Seneqal üçün nəzərdə tutulan yardım proqramlarını dondurmaq tapşırılıb.

Yenicag.az

COP29