İsrail İordan çayının Qərb Sahilində yeni məskənin salınmasına qərar verib

İsrail hökuməti İordan çayının Qərb Sahilində yeni yəhudi məskəninin salınmasına dair qərar qəbul edib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir Binyamin Netanyahunun “Feysbuk” səhifəsində dərc olunmuş məlumatda bildirilir.

“Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi hərbi-siyasi kabinet Amon sakinləri üçün Şilox vadisi rayonunda yeni məskənin salınmasını yekdilliklə dəstəkləyib”, – deyə məlumatda bildirilir.

Qərar 2 minədək evin tikilməsini nəzərdə tutur.

Yeniçağ.Az

COP29