İsrail İran təyyarəsinə xəbərdarlıq edib

İrana məxsus sərnişin təyyarəsinin ekipajı İsraildən Beyrut beynəlxalq hava limanına enməmək barədə xəbərdarlıq alıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Sada al-Balad” telekanalı məlumat yayıb.

“İsrail ordusu İran təyyarəsinin ekipajı ilə danışığa başlayıb və onlara Beyrut hava limanına enişin arzuolunmaz olduğu barədə xəbərdarlıq edib”, – deyə məlumatda bildirilib.

Nəticədə İran təyyarəsi Tehrana qayıtmağa məcbur olub.

COP29