İsrail İrana xəbərdarlıq etdi

İrandan yeni bir hücum olacağı təqdirdə, İsrail əvvəllər istifadə etmədiyi imkanlardan istifadə edərək, hələ hücum etmədiyi hədəfləri vuracaq.

Yenicag.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi Hərbi Hava Qüvvələrinin Ramon bazasına səfəri zamanı deyib.

“Əgər İran səhv edib İsrailə növbəti raket hücumu etsə, biz əvvəllər istifadə olunmayan imkanlardan istifadə edərək, onların hədəflərinə daha sərt zərbə vuracağıq”, – Halevi qeyd edib.

Baş Qərargah rəisinin açıqlamalarını İsrail Ordusunun mətbuat xidməti yayıb./Apa/