İsrail İrana zərbəyə hazırlaşır

Avropanın yüksək rütbəli rəsmisi Tehran və Vaşinqton arasında məxfi danışığın getdiyini deyib və bildirib ki, İran sanksiyaların ləğvini ehtiva edən istənilən razılaşmanı qəbul edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” adı açıqlanmayan yüksəkrütbəli Avropa rəsmisinə istinadən məlumat yayıb.

Rəsminin sözlərinə görə, ABŞ hökuməti 2025-ci ilin oktyabrına qədər İslam Respublikası ilə razılığa gələ bilməsə, İsrail İranı hədəfə alacaq:

“İranın mövqeyi həmişəkindən daha zəifdir və Tehranın nüvə sazişinə ehtiyacı var. İran Tramp administrasiyası tərəfindən danışıqlar aparmaq üçün təyin olunacaq bir vasitəçi gözləyir”.