!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İsrail İranda dövlət çevrilişinə ümid edir” – Kamran Həsənov

!Reklam – Yazi

İran nüvə proqramı ətrafındakı gərginlik davam edir. Tramp hökuməti İsraillə həmrəylik nümayiş etdirən Obama adminstrasiyasından fərqli olaraq İranın yaxasını buraxmaq fikrində deyil. ABŞ Tehrana qarşı yeni iqtisadi və siyasi sanksiyalar paketini açıqlayıb və avropalı həmkarlarından bu ölkəylə bütün əlaqələrini kəsməklərini istəyib.

Yaxın Şərqdə son hadisələr, İran ətrafındakı geosiyasi düzən barədə Yenicag.ru-ya siyasi elmlər namizədi, “Tsarqrad” Rusiya telekanalının siyasi şərhçisi Kamran Həsənov danışıb.

Həsənov bildirib ki, İrana qarşı yeni sanksiyaların nə qədər effektiv olacağı Tramp adminstrasiyasının qarşısına hansı məqsədlər qoyduğundan asılıdır. Öncəki sanksiyalar daha çox göstəriş xarakterli idi. İranı güzəştlərə getməyə məcbur etmək üçün manipulyasiyadan istifadə edirlər. Tramp məhz bu alətdən Avropa İttifaqından da güzəştlər əldə etmək üçün yararlanır. ABŞ prezidenti təhdidlərə baxmayaraq, Aİ ilə razılaşmağa çalışır. Avropalıların milyardlarla dollar yatırdığı İranda risklərini yaxşı anlayan Brüsselin başqa seçimi qalmır. Əlavə təzyiq vasitəsi kimi idxal rüsumu tətbiq edilə bilər. Çinlə də məhz bu cür olmuşdu. Ən pis halda ABŞ NATO üzrə öhdəliklərindən imtina edə və Avropa ittifaqından qoşunlarını geri çəkə bilər.

Həsənov qeyd edib ki, İrana və Rusiyaya qarşı sanksiyaların ortaq cəhəti ondan ibarətdir ki, bu vasitə ilə ABŞ hər iki ölkənin Suriyadakı təsirini zəiflətməyə çalışır: “Rusiya üçün qiymətlərin yüksəlməsi sərfəlidir. Belə ki, onun neft ixracı şəffafdır və sanksiyalara məruz qalmayıb. İran üçünsə belə deyil. Qiymətlər yüksək olanda İran Səudiyyə Ərəbistanı və Körfəz ölkələrilə rəqabətdə uduzan tərəf olur. İranın neft naziri özü də deyib ki, “bizə neftin bir barelinin 60-65 dollar olması sərf edir”. ABŞ sanksiyaları və onun hədələri qiymət artımını süni dəstəkləyəcək. Belə ki, bazarda neft defisitinin yaranması ehtimalına dair fikirlər formalaşır ki, bu da reallığa uyğun deyil. Əslində İrana qarşı sanksiyalar Rusiya üçün faydalıdır. Belə ki, bu ölkə gələcəkdə Avropa qaz bazarında Rusiyanın rəqibi ola bilər. Bundan başqa, avropalıların tərk etdiyi İranda Rusiya şirkətləri hakim mövqe tuta bilər. Lakin, Suriyadakı ittifaq, hərbi müqavilələr və “Şimal-Cənub” layihəsinə görə Moskva nüvə sazişini dəstəkləməli olur”.

Şərhçinin sözlərinə görə, yeni sanksiyalarla da İranda iqtisadiyyatı məhv etmək mümkün olmasa belə, İsrail tək başına açıq müharibəyə gedən deyil: “İndi İsrail üçün yeganə ümid yeri dövlət çevrilişidir. İqtisadiyyatı qəfil eniş yaşayan hər bir ölkdədə bu mümkündür. Sanksiyalar da məhz bu məqsədi daşıyır. ABŞ və İsrail üçün ideal variant İranın ballistik raketlərdən imtina etməsi, Suriya, Livan və Yəməndəki mövqelərindən çəkilməsidir. Lakin özünə hörmət edən heç bir İran lideri belə bir addım atmaz”.

www.yenicag.az

1995
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv